Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxan 39 yaşlı pasiyent: - "Xəstəlik qətiyyən qripə bənzəmir"

  • 2020.03.19 14:49
  • 5489 Baxış
Koronavirusa yoluxan 39 yaşlı  pasiyent:  - "Xəstəlik qətiyyən qripə bənzəmir"

Koronavirus infeksiyasına yoluxan britaniyalı xəstəliyin necə keçdiyi barədə təəssüratlarını bölüşüb.

Medicina.az xəbər verir ki, şəkərli diabetdən əziyyət çəkən 39 yaşlı kişi xəstəliyin ilk simptomlarını martın 4-də hiss edib. Onun başı ağrıyıb, ağciyərlərində ağrı yaranıb, sonra isə nəfəs almaqda çətinlik çəkib. Qəfil ürəkkeçmədən sonra britaniyalı kişi həkimə müraciət etməli olub.

Tibb işçiləri ilk öncə onun qripə yoluxduğunu ehtimal edərək inhalyator və “Tamiflu” preparatı təyin edərək, evə yollayıb. Ancaq səhhəti pisləşərsə, həkimə bir daha müraciət etməsi barədə xəbərdarlıq edib.

“Mən yenidən həkimlərə müraciət etməli oldum. Nəfəs almaq çox ağrılı idi. Ayaqyoluna gedəndə sanki marafon məsafəsi qaçırdım”, - deyə kişi bildirib.

Xəstəxanaya ikinci müraciətindən sonra onda COVID-19 virusu müəyyən olunub. Britaniyalı iddia edir ki, xəstəlik heç də qripə bənzəmir. O, ağciyərlərində ağrıdan şikayət edərək, bunu soyuq havada uzun müddət olduqdan sonra yaranan xoşagəlməz hissə bənzədib. O, inhalyator istifadəsi zamanı ağrının daha da şiddətləndiyini bildirib.

Hələ ki, xəstəliyi yüngül keçən britaniyalı və ailəsi ev karantinindədir. O, mütəmadi olaraq qanın oksigenlə doyma dərəcəsini izləmək məcburiyyətindədir. Britaniyalının sözlərinə görə, bu göstəricinin azalması halında xəstəxanaya yerləşdirmə, oksigen terapiyası və hətta intubasiya tələb oluna bilər.