Alimlər immun sistemdə xəstəlik və peyvənddən sonra koronavirusa qarşı yaranmış antitellərin də tromboz yarada biləcəyini açıqlayıb.
Antitellər aktiv şəkildə trombositlərin yaranmasını artırır, bu da damarlarda tromb əmələ gətirir.
Koviddən ölüm səbəblərindən biri də tromb və ürək-damar problemləri olur.
Böyük Britaniyanın Redinqe universitenin alimləri elmi araşdırmanın nəticələrinə əsasən qərara gəliblər ki, kovidə qarşı hasil olan anticimlər də tromboz yarada bilər və xəstənin vəziyyətini ağırlaşdırır.
Qanın qatılaşması başlayır, bu da ürək tutması və insultla nəticələnə bilir.
Alimlər koronavirus xəstələrindən antitel nümunələri götürüblər və onların səthində az miqdarda şəkər molekulları aşkarlayıblar. Bu sağlam adamlarda rast gəlinmir.
Bu reaksiyanı trombositlərin funksiyasını azaldan dərmanlarla yumşaltmaq olar. Hazırda immun sistemin pozulmasının müalicəsində tətbiq edilən dərmanlar trombositlərin həddən artıq çoxalmasının qarşısını ala bilər.