Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa qarşı vaksinləşməni bioterrorizm adlandırdı - Amerikalı həkim

  • 2021.07.07 16:55
  • 2562 Baxış
Koronavirusa qarşı vaksinləşməni bioterrorizm adlandırdı -  Amerikalı həkim
ABŞ Beylor universitetinin professoru dr. Piter Makkalou alman hüquqşünası Rayner Fuelmixin hazırladığı vebinarda çıxış edərək, vaksinasiya barədə sərt mövqe göstərib.

Alman hüquqşünas 2 ildir ki, pandemiyanı düşünülmüş cinayət adlandırır.

Medicina.az xəbər verir ki, professor Makkalou iltihabi xəstəliklər üzrə dünyanın tanınmış mütəxəssidir. O, ən güclü terapevtlərdən biridir.
600-dən çox elmi məqalənin müəllifidir.

O, həmin vebinarda pandemiya və vaksinasiya barədə danışarkən, dünyanın və insanlığın bioterrorizm qurbanı olduğunu bildirib.

O qeyd edir ki, kovid başlayanda infeksiyanın hidroksixloroxinlə müalicəsi də vaksinlərin hazırlanması ilə sıx bağlı idi.

“Mən hesab edirəm ki, düşünülmüş bioterrorizm 2 məhələdə keçib: bu virusun yayılması, ikincisi ona qarşı vaksinin yayılması.
Məhz vaksinlər 50.000 amerikalının ölüm səbəbi ola bilər.

Bu bioterror əməliyyatı illər öncə planlaşdırılıb, ciddi düşünülüb.

“Birinci dalğa respirator virusun müxtəlif ölkələrdə yayılması və bu zaman bir neçə milyon insan xəstələndi, amma bütün insanlar böyük qorxu altına alındı. Virus əslində yaşlı,köməksiz, xəstə adamların ölümünə səbəb oldu, qalanlar üçünsə ağır qripdən başqa bir şey deyildi”.

Doktor Makkalou koronavirusa yoluxmuş yüzlərlə xəstəni sağaltdığını, bu barədə çoxlu elmi məqalə və sənəd yazdığını da bildirib. O, özü də ailəsi ilə virusa yoluxmuşdu.

“Koronavirusla bağlı ümumdünya qorxusu, təşvişdən çox sürətlə və uğurla siyasi məqsədlərlə istifadə edildi. Pandemiya ilə bağlı dövlətlərdə səhiyyə qurumlarının həyata keçirdiyi hər bir tədbir və karantin vəziyyəti daha da qəlizləşdirdi. İndi isə bu qorxudan vaksinləşmədə istifadə edilir”.

Professor qeyd edib ki, hələ erkən mərhələdə virusa yoluxanların uğurlu müalicəsi ilə bağlı sxem hazırlayıb. İnsanlar evdə ilk əlamətlərdən bu sxemlə sağala bilərdilər.

“Mənim sxemimə riayət edənlərdə 85% xəstəxanaya yatırılma halının qarşısı alındı. Bu müalicənin uğuru barədə kliniki tədqiqatlarımı yazıb elmi dərgilərə göndərdim. Elə ki, bu metod barədə digər ölkələrin həkimlərinə məıumat verdim, bütün səviyyələrdə maneə ilə qarşılaşdım. Mənim elmi məqalələrimi dərc etmədilər”.