Çində koronavirusa görə ölənlərin sayı hər keçən gün biraz daha artır. Çin Səhiyyə Təşkilatından isə bildirirlər ki, virusun qarşısını almaq üçün ən yaxşı üsul onun erkən aşkarlanmasıdır.
Medicina.az xəbər verir ki, bu səbəbdən Çində qapı-qapı gəzib insanların virusa yoluxmasını aşkar edirlər. Son günlər hökumət işə robotları da cəlb edib. Belə ki,5 G texnoloji robotlar işə başlayıb.
Onlar evləri gəzərək insanların istiliyini ölçür,virus dioqnozunu qoya bilir. Robotlara yerləşdirilən termal kameralar sayəsində 5 metr məsafədən insan istiliyini ölçə bilirlər. Bundan əlavə eyni anda 10 nəfərin temperaturunu eyni vaxtda ölçürlər.
Daha sonra nəticələri 5G texnologiyası sayəsində mərkəzə ötürürlər. Əgər robot yüksək istilikli şəxs aşkar edibsə dərhal mərkəzdən gəlib həmin insan olan yeri karantinə alırlar.Beləliklə digər insanlara virusun yoluxmasının qarşısı alınır.