“ABŞ-da yeni koronavirusa qarşı peyvəndin kütləvi paylanması bir neçə həftədən sonra baş tutacaq”.
Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bazar günü Ayovada tərəfdarları qarşısında çıxış edərkən açıqlayıb.
Görüş ölkənin əsas telekanalları tərəfindən yayımlanıb.
Qeyd edək ki, ABŞ Milli Allergik və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi, əvvəllər peyvəndin 2021-ci ilin birinci rübündə geniş ictimaiyyətə təqdim ediləcəyini açıqlamışdı.
Fauçinin fikrincə, bu, böyük ehtimalla aprel ayına qədər baş verəcək. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild isə koronavirusa qarşı ABŞ peyvəndinin ümumiyyətlə, 2021-ci ilin ikinci yarısında ölkədə mövcud olacağını söyləyib.