Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa qarşı orqanizmi gücləndirir: Lobyanın faydaları

  • 2021.09.08 16:56
  • 2284 Baxış
Koronavirusa qarşı orqanizmi gücləndirir:  Lobyanın faydaları
Lobya koronavirusdan qorunmaqda önəmli yer tutur. Zəngin tərkibi ilə koronadan başqa, bir sıra digər xəstəliklərin də qarşısını alır.

100 qr lobyada 8.2 qr karbohidrat, 4.64 qr protein, 1.63 qr lif vardır. Bununla yanaşı natrium, potasium, folik asit, C vitamini ilə də zəngindir.

Medicina.az lobyanın faydalarını təqdim edir:

Ürəyi qoruyur

Lobya ürəyin “dostu”dur. Xolestrolu yüksək olanlar qırmızı ətə alternativ olaraq qəbul edə bilərlər.

Lif tərkibi ilə bədəndəki pis xolestrolu yox edir. Həmçinin, vegetarianlar üçün də protein qaynağıdır.

Bağırsaq (kolon) xərçəngi riskini azaldır

Lobya lifli tərkibi ilə qəbzliyə qarşı faydalıdır. Xroniki olaraq qəbzlik problemi yaşayanların bağırsaq xərçəngi olma riski yüksəkdir. Buna görə də paxlalılar və tərəvəzlərlə gündəlik ehtiyacımız olan lif miqdarını tamamlamalıyıq.

1 pors lobya gündəlik lif miqdarının 36 faizini qarşılayır. Gündəlik yetəri miqdarda lif qəbulu bağırsaq xərçəngi riskini azaldır.

Mövsümündə həftədə 2 gün lobya yemək faydalıdır.

Lakin, bağırsaq xəstəliyi olanlarda qaz yaradacağı üçün lobyadan uzaq durmalarında fayda var.



İmmuniteti gücləndirir

Araşdırmalar göstərir ki, lobya immuniteti gücləndirir.

Arıqlamaq istəyənlərə kömək edir

Lobya zəngin lif və protein tərkiblidir. Aşağı kalorili olub, toxluq hissi yaradır.



Parkinsonun irəliləməsinin qarşısını alır

Aparılan araşdırmalara görə, lobya parkinson xəstəliyinin qarşısını alır. Amma dərmanla müalicə aparanlar mütləq həkimləri ilə məsləhətləşməlidirlər.


Diqqət! Bu xəstələrə lobya yemək olmaz...

Lakin bəzi insanlar lobyadan uzaq durmalıdırlar. Xalq arasında lobya zəhərlənməsi, tibbdə isə favizm olaraq bilinən bu xəstəlik G6PD (glükoz 6 fosfat denidrogenaz) ferment çatışmazlığı olan insanlarda rastlanılır.

Xüsusilə körpələrdə bu ferment çatışmazlığı hələ bilinmirsə, hamilə qadınlara və körpələrə çox lobya yemək tövsiyə edilmir.