Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa qarşı istifadə edilən bu dərman qadağan edildi

  • 2020.05.28 14:49
  • 1299 Baxış
Koronavirusa qarşı istifadə edilən bu dərman qadağan edildi


Fransada yeni növ koronavirusun müalicəsində tətbiq olunan hidroksiklorokinin istifadəsi dayandırılıb.

Medicina.az xəbər verir ki, səhiyyə qurumu tərəfindən dərmanın istifadəsinə icazə verilən qərar ləğv edilib.


Fransada 27 mart tarixindən etibarən, xəstəxanada hidroksiklorokininin həkimlərin nəzarəti altında istifadəsinə icazə verilmişdi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreisus mayın 25-də verdiyi açıqlamada COVID-19 xəstələrinin müalicəsində istifadə edilən hidroksiklorokin dərmanının sınaqlarının “təhlükəsizlik narahatlığı” səbəbiylə müvəqqəti olaraq dayandırıldığını bildirib.