Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa qarşı effektiv ədviyyat tapıldı

  • 2020.10.12 16:15
  • 2084 Baxış
Koronavirusa qarşı effektiv ədviyyat tapıldı


Qara dənəvər istiotda olan piperin maddəsi koronavirus zərrəciklərinin hərəkətini, aktivliyini bloklaya bilir.

Medicina.az xəbər verir ki, bu nəticəyə Hindli alimlər gəlib.

Onlar 30 müxtəlif ədviyyatın virusa təsirini kompüter proqramı vasitəsilə öyrənib, hansının S zülalı ilə bağlılığının güclü və ya zəif olmasını təyin edib. Koronavirus məhz bu zülal vasitəsilə insanın hüceyrələrinə yapışıb orqanizmdə yayılır.

Məhz qara istiotda virusun zülala yapışmasını əngəlləyən güc aşkar edilib.
Hindistanda istiot həm də immunitet gücləndirici kimi də istifadə edilir.
Ekspertlər bu modelin koronavirusa qarşı insanlar üzərində sınanmasının vacibliyini bildirib.

İstiot orqanizmin daxili müqavimət gücünü artırır.

Lakin acı istiot mədə-bağırsaq xəstəlikləri, xoraları və allergiyası olanlar üçün zərərlidir.