Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa qarşı daha bir dərman tapıldı - Rusiyada

  • 2020.06.26 09:34
  • 3053 Baxış
Koronavirusa qarşı daha bir dərman tapıldı   - Rusiyada

Azərbaycanın Şimal qonşusu olan Rusiyada koronaviruslu xəstələrin müalicəsində effektiv olan daha bir dərman preparatı qeydiyyata alınıb.

"BakuPost"un TASS-a istinadla verdiyi məlumata görə, bu yerli istehsal olan "Arepliver" adlı preparatdır. Dərman Yaponiyanın istehsalı olan və koronaviruslu xəstələrin müalicəsində istifadə edilən "Favipiravir"in analoqudur.

Xatırladaq ki, adıçəkilən Rusiya istehsalı dərmanın virusun insan hüceyrələrində yayılmasını blokladığı açıqlanmışdı. Bununla da infeksiyanın orqanizmdə yayılmasının qarşısı alınır.

"Areplivir”dən əvvəl Rusiyada koronavirus əleyhinə “Avifavir” dərmanı da qeydiyyata alınıb.