Türkiyəli mütəxəssis koronavirusdan qorunmaq üçün burun spreylərinin önəmli rol oynadığını bildirib.
Medicina.az xəbər verir ki, professor, həkim Coşkun Usta koronavirusun Türkiyədə keçən bir il ərzində yoluxma sayılarının çox dəyişmədiyini, amma ölüm statistikasının azaldığını deyib: “Bu hal virusa qarşı uğurların olduğunun göstəricisidir. Ölüm statistikası aşağı enir. Çox gözəl, ümidləndirici çalışmalar görürəm. Koronavirusa qarşı bütün dünya əlindən gələni edir. Kanadada bir dərman şirkətinin istehsal etdiyi burun spreyi virusa qarşı çox təsirlidir. Şirkət sadəcə burun spreyi və qarqara kimi istifadə ediləcək bir dərman istehsal edib. Bu 99 faiz təsirlidir. İnsanların çox olduğu bir ortama girməzdən əvvəl spreyi burnunuza sıxırsınız və virusa yoluxmursunuz. Spreyi burnunuza sıxdıqdan sonra o məhv olur. Ağciyərlərə enə bilmir”.