İki aya yaxındır koronavirusdan müalicə edilən Əməkdar artist Bəhram Bağırzadə yeni foto paylaşıb.
"BakuPost"un məlumatına görə, B.Bağırzadə "İnstagram" səhifəsində xəstəxana otağındakı cihazların görüntüsünü yerləşdirib. O, fotonu "hələ ki, çəkə bildiyim budur. Hər kəsə təşəkkürlər" şərhi ilə paylaşıb.
Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.
Uzun müddət adıçəkilən cihazda qalan akytor bu ayın əvvəllində adıçəkilən cihazdan ayrılıb.
Hazırda o reablitasiya prosesindən keçir.