Tanzaniya prezidenti Con Maqufuli koronavirusa yoluxub.
Medicina.az Modern.az-a istinadla xəbər verir ki, prezident hazırda Keniyada müalicə alır. Onun vəziyyəti ağır olduğu üçün süni tənəffüs aparatına qoşulub.
Con Maqufuli koronavirusla bağlı fikirləri ilə gündəm yaratmışdı.
“Biz qəti olmalıyıq- peyvəndləmə təhlükəlidir”- deyən prezident virusun Tanzaniya və ümumiyyətlə, Afrika kontinentinin sərvətlərini ələ keçirmək istəyən ağdərəili insanlar tərəfindən yaradıldığını açıqlamışdı.