Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa görə saxlanılan sonuncu şəxs evə buraxıldı - RƏSMİ

  • 2020.02.12 10:00
  • 1701 Baxış
Koronavirusa görə saxlanılan sonuncu şəxs evə buraxıldı -   RƏSMİ
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Medicina.az xəbər verir ki, birgə açıqlamada koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində karantində saxlanılan sonuncu şəxsin evə buraxıldığı bildirilib.

Qeyd olunub ki, xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır:

"Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb.Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq".