Türkiyədə 52 yaşlı kişi koronavirus səbəbindən görmə qabiliyyətini itirib.
Medicina.az xəbər verir ki, Türkiyədə Metin Çuhadar adlı şəxsin gözü koronavirus səbəbindən tutulub. Daha əvvəl gözlə bağlı heç bir problem yaşamadığını deyən Metin Çuhadar koronavirusa yoluxmasını və sonrasında yaşadıqlarını danışıb:
"Koronavirusa noyabr ayında yoluxdum. 15 gün karantində qaldıq. 3 fevralda gözümdə günəş işığı kimi şeylər parladı. İkinci gün görmə itkisi yarandı. Sonra həkimə getdim, damar tıxanıqlığı diaqnozu qoydular. Və oksigen müalicəsinə yönləndirdilər. 20 seans almağıma baxmayaraq açılmadı. Gözüm tamamən bağlandı. Görmə qabiliyyətinin itməsinə səbəb kovidin qanı laxtalandırmasına görə olduğu deyildi. Başıma bunun gələcəyini bilmirdim. Çünki koronanı çox yüngül keçirdim. Hətta qrip belə deyildi. Ağrı-acı olmadı, sadəcə 2 gün içərisində görməm tamamən itdi”.