Hindistanlı kərpickəsən Vivek Şarma ağlasığmaz və dəhşətli addım atıb.
Medicina.az xəbər verir ki, o, Qucarat ştatında bir məbədin tikintisində iştirak edirmiş.
Fasilə zamanı iş yerindən ayrılan kərpickəsəndən uzun müddət xəbər gəlmir.
Sonradan Viveki başqa məbəddə dili kəsilmiş vəziyyətdə tapırlar.
Məlum olub ki, kərpickəsən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Kali ilahəsinə öz dilini kəsərək qurban gətirib.