Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa görə bu mərkəz bağlandı

  • 2022.01.25 15:24
  • 2162 Baxış
Koronavirusa görə bu mərkəz bağlandı

Respublika Reabilitasiya Mərkəzində koronavirusa yoluxma halları aşkarlandığı üçün qəbul dayandırılıb.


Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mətbuat katibi Tural Qurbanov məlumat verib.

O, bildirib ki, Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir.


"Son günlərdə 50 çarpayılıq müəssisədə xidmətlər alan əlilliyi olan şəxslərin bir neçəsində COVID-19 virusu aşkarlandığına görə virusun yayılmaması üçün müəssisəyə qəbul 31.01.2022-ci ilədək müvəqqəti dayandırılıb.



Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq", - T.Qurbanov deyib.