Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa da qrip kimi öyrəşib yaşamalısız - ÜST

  • 2021.10.21 16:09
  • 1575 Baxış
Koronavirusa da qrip kimi öyrəşib yaşamalısız -  ÜST
“12 yaşa qədər uşaqların COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı qərarın verilməsi bir müddət çəkə bilər”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru doktor Hans Kluge bəyan edib.

Onun sözlərinə görə, yaşlılara və immuniteti zəif olan insanlara buster dozasını tətbiq etmək lazımdır: “Məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır”.

ÜST-nin regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq: “Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var”.