Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus zamanı antibiotik içmək təhlükəlidir - TƏBİB

  • 2022.03.11 15:24
  • 1344 Baxış
Koronavirus zamanı antibiotik içmək təhlükəlidir   - TƏBİB


“Koronavirus dövründə həkim məsləhəti olmadan antibiotiklərin istifadəsi düzgün deyil”.

Medicina.az xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib. Onun sözlərinə görə, bu xəstəlik virusla yoluxduğu üçün onun müalicəsində antibiotiklər işə yaramır:

“Çünki viruslar hüceyrəvi quruluşa malik deyil. Antibiotiklər bakteriyaları məhv edir. Eyni zamamda daha bir yanlış fakir var ki, antibiotik hərarəti salır. Əksinə, antibiotik hərarət salmaq üçün düzgün vasitə deyil. Antibiotik bakteriyanı öldürür, buna görə hərarət normallaşır”.

Şöbə müdiri qeyd edib ki, koronavirus dövründə virus bədəndə viral prosesi başladır, antibiotik istifadəsi zamanı isə ona daha bir bakteriya qoşulur:

“İlkin müalicə virus əleyhinə preparatlardır. Ondan sonrakı müddətdə infeksionistlər test aparır, ehtiyac olduğu halda istifadəsi tövsiyə edilir. İnsanların özbaşına koronavirus xəstəliyini antibiotiklərlə müalicə etməsi doğru deyil və olduqca təhlükəlidir” – o deyib.