Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus yoxsulluğu artırdı - Quterreş

  • 2021.02.22 13:23
  • 1286 Baxış
Koronavirus yoxsulluğu artırdı -  Quterreş

Koronavirus pandemiyası dünyada insan haqları pozuntularının artmasına gətirib çıxarıb.

Medicina.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Cenevrədə BMT İnsan Haqları Şurasının 46-cı iclasının açılışında deyib.

Baş katibin sözlərinə görə, iş itkisi, borcların artması və gəlirlərin kəskin azalması yüz milyonlarla ailənin həyatını sözün əsl mənasında alt-üst edib.

Bundan əlavə, pandemiyadan gələn fəlakət qadınlara, azlıqlara, əlillərə, qocalara, qaçqınlara, miqrantlar və yerli xalqlara daha çox zərbə vurub. Məktəbə gedə bilməyən və texniki vasitələrdən istifadəsi məhdud olan yeniyetmələr də problemlərlə üzləşiblər. Dünyda yoxsulluq həddindən artıq artmağa başlayıb

Baş katib virusun siyasi və mülki hüquqlara da təsir göstərdiyini əlavə edib.