Alimlər koronavirusun dəqiq inkubasion dövrünü hesablayıblar.
Yoluxduqdan sonra xəstəliyin əlamətlərinin başlanmasına qədərki minimal dövr 5 gündür.
Medicina.az xəbər verir ki, ABŞ Hopkins Universitetinin aliləri yeni koronavirusa yoluxmuş 181 faktı araşdırmışdır.
Xəstələrin böyük qismi ya epidemik mərkəzdə şəxsən olmuş, ya da orda olmuş şəxsrlərlə kontaktda olmuşdular.
Alimlər təxmini yoluxma ilə ilk simptomların üzə çıxması dövrünü müqayisəli təhlil edib.
Nəticələr göstərib ki, COVİD 19 virusunun inkubasion dövrü 5 gündür. Xəstələrin 97%-də xəstəliyin simptomları infeksiya mənbəyi ilə təmasdan 10 gün sonra büruzə verib.
Eləcə də karantində olan hər 10 min insanın 101 nəfərində xəstəlik karantin başa çatan gün və karantin dövrü bitdikdən həmən sonra da aşkarlanıb.
Ona görə də şübhəlilərin karantin müddətində 15-17 gün qalmaları tövsiyə olunur.