Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Koronavirus xəstəsinin qarnına Kleksan, venasına sistem qoşmaq çox yanlışdır" - Professor sirləri AÇDI

  • 2021.09.28 15:37
  • 19320 Baxış
"Koronavirus xəstəsinin qarnına Kleksan, venasına sistem qoşmaq çox yanlışdır" -  Professor sirləri AÇDI
Koronavirusun kimyəvi maddə olub, süni olaraq dünyaya səpilib dalğalar yaratması barədə müxtəlif həkimlər açıqlamalar verir.

Eləcə də kovid vaksininin cəmi 1 ilə hazırlanması da çox insanlara şübhəli gəlir. Axı digər vaksinlərin hazırlanmasına 10-20 il sərf olunub.

Bütün şübhəli suallara, məqamlara professor Ağabəy Azərbaycani medicina.az -a eksklüziv video açıqlamasında aydınlıq gətirib.


“Bir virusun, məsələn elə koronavirusun heyvandan insana mutasiya edib təbii yolla keçməsi üçün yüz illərlə vaxt lazımdır.

Koronavirusun süni olmasına dəlalət edən bir səbəb də budur.

Virusun kimyəvi maddə, toz şəklində hazırlanıb, müxtəlif yerlədə havadan səpilərək insanları xəstələndirməsi fikirləri də doğru deyil. Belə bir şey ola bilməz. Çünki virus canlı olaraq laboratoriyada görmək olar.

Amma vaksindən şübhə etmək yanlışdır. Bu cahillikdir. Koronavirus vaksinini nəinki 1 ilə, hətta 2-3 aya da əldə etmək olar.

Xaricdə peyvəndin hazırlanmasında qanunlar, şərtlər var. Əvvəl heyvanlar üzərində, sonra həbsxanada könüllülər, daha sonra adi insanlar üzərində könüllü sınaqlar keçirilir. Koronavirusun vaksinini sınamaq üçün 5-6-7 ay kifayətdir. Deyirlər, onda niyə çiçək vaksinini 20 ilə düzəltdilər. Necə yəni? O vaxtkı elmi texnoloji inkişafla indiki bir deyil. O vaxt komputer sistemləri, proqramları yox idi. İndi komputerdə 1 həftəyə vaksinin tərkibini, molekulunu sistemləşdirir. Könüllüyə vurur, 21 gun gözləyir, ikincini vurur, 2-3 aya yoxlayır təsirini, vəssalam.

İnsan özünü qorumalı, vaksinini vurub qorumalıdır. Başqa yolu yoxdur. Elm inkişaf edir, düzdür tibb 100% hər şeyi bilmir, amma biz elmə güvənməliyik.

Pandemiyaya, virusa qalib gəlməyin yolu hər kəsə eyni vaxtda çatacaq güclü vaksini tapıb, bütün dünya ölkələrinə, bədbəxt, kasıb millətlər da olmaqla hamıya eyni ayda vurmaqdır. Ya da dünyanın güclü dövlətləri koronavirusu müalicə edən yaxşı dərman tapıb, hamı üçün əlçatan qiymətə satsa, insanlar xəstələnən kimi vursun, sağalsın”.

Koronavirusun müalicəsi barədə ətraflı videoda izləyin.