Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlar tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yevlax rayon sakini Gülnaz İsmayılzadə koronavirus infeksiyasına yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib.
Lakin o, yaşadığı ünvanı tərk edib və kənar şəxslərlə ünsiyyətdə olub. Həmin qadın tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
G.İsmayılzadə barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.