Rusiyalı mütəxəssislər koronavirusa yoluxduqdan sonra orqanizmdə xəstəliyin müddətinin fərqli olduğunu bildirib. Xəstəlik 1 həftədən 6 aya kimi çəkə bilər. Hər şey xəstənin vaxtında həkimə müraciətindən, düzgün müalicəsindən, xəstəliyin formasından asılıdır.
Medicina.az xəbər verir ki, daha çox yaşlı və xroniki xəstəlikləri olan təqaüdçülərdə xəstəliyin fəsadları uzun müddət çəkir.
Bəzi xəstələr 1 həftəyə sağalıb ayağa qalxa bilər, bəziləri isə 4-6 həftə hələ xəstə ola bilər. Baxmayaraq ki, orta davam etmə müddəti 11-14 gündür.
Rusiyanın Epidemiologiya və Mikrobiologiya institutunun direktor müavini Tatyana Rujensova bildirib ki, insan 4 həftə ərzində xəstə yata bilər. Koronavirus infeksiyasının müddəti 14 gündür, bundan sonrakı müddət xəstəliyin ağırlaşması və fəsadları dövrüdür.
Xəstəliyin davametmə müddəti orqanizmin fərdi gücü, qüvvəsi ilə bağlıdır.
Əgər xəstə maska taxıb, əllərini, üzünü və boğazını daim yuyubsa, xəstəliyin ilk günündən düzgün müalicə alıbsa, koronavirus tez keçib gedir.
Maska taxıb, məsafə gözləyən, ağzını, əllərini dezinfeksiya edən insana virus yükü az keçir. Ona görə xəstəlik yüngül və sürətlə olub bitir.
“Təcrübəmizdə yaşı 60-dan yuxarı, xroniki xəstəlikləri olan insanların daha uzun müddət xəstə olduğu görülüb. Adətən onlar 3-6 həftəyə sağalır. Eləcə də peyvənd olunanlar daha tez sağalır, nəinki olunmayanlar”.