İtaliyada koronavirusun sürətlə yayılması Səhiyyə Nazirliyini çıxılmaz vəziyyətə salıb.
Medicina.az xəbər verir ki, xəstələrin sayı çox olduğundan xəstəxanalarda yerlər dolub. Vəziyyət o dərəcəyə çatıb ki, xəstələr xəstəxanaların dəhlizlərində müalicə edilir.
Məlumata görə, İtaliyada 2100-dən çox insan virusdan dünyasını dəyişib. 30 minə qədər insan virusa yoluxub.