Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Koronavirus xəstələrinin səhhəti indi daha tez və sürətlə ağırlaşır" - İnfeksionist həkim

  • 2021.04.12 16:13
  • 1599 Baxış
“Koronavirus xəstələrinin səhhəti indi daha tez və sürətlə ağırlaşır" -  İnfeksionist həkim
“Son vaxtlar koronavirusa yoluxmuş şəxslərdə qanda oksigen səviyyəsinin aşağı enməsi və ağciyərlərdə “buzlu şüşə”nin yaranması hallarının daha tez müddətdə baş verməsini müşahidə edirik”.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Süleyman Kamilov deyib.

“Virusa yoluxmuş xəstələr temperatur yüksəlməsinin və boğulma hallarının ani və daha ağır formada baş verməsindən şikayət edirlər. Virus mutasiya fonundan sanki daha çox aqressivləşib. Xəstələrin səhhətindəki bu ağırlaşmaları artıq üç gün ərzində müşahidə edirik.

Bundan başqa virusun ötən dalğalardakı bəzi əlamətləri bu dalğada qeydə alınmır. İyi və dadbilmə əlamətlərinin itməsi barədə olan şikayətlərlə isə artıq çox rastlaşmırıq”.