Alimlər 80% koronavirus xəstələrinin ortaq problemini aşkarlayıb.
Medicina.az xəbər verir ki, yeni tip koronavirusa yoluxmuş insanlarda D vitamini əskikliyi qeydə alınıb.
Xüsusən kişilərdə bu defisit kəskindir.
İspan alimləri 216 koronavirus xəstəsi üzərində apardıqları müşahidənin nəticəsində bu qərara gəliblər ki, 82% xəstədə D 3 vitamini normadan 2 dəfə az olub.
Sağlam, koronavirusa yoluxmamış 156 nəfərin isə cəmi 45%-də D vitamini əskikliyi olub.
Koronavirus xəstələrində qanda D vitamini 13 – 20 arasında dəyişib. Bu isə kəskin defisitdir.
Alimlər bildirir ki, bu vitaminin molekulları ürək, ağciyər, beyin, damarların iltihabi xəstəliklərinin qarşısını alır. Koronavirus xəstələrində də virus məhz damarlarda iltihab yaradır.
Ona görə pandemiyada profilaktikanın ən birinci yolu D vitaminini artırmaqdan keçir
D vitamini immunitet üçün vacib olan əsas 3 vitaminden biridir.
Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.