Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus xəstələri ömürlük virusun daşıyıcısı olaraq qala bilər

  • 2020.05.15 15:03
  • 1693 Baxış
Koronavirus xəstələri ömürlük virusun daşıyıcısı olaraq qala bilər

Koronavirusa yoluxmuş insanda simptomlar görünməsə də,uzun müddət virusun daşıyıcısı ola bilər.

Bu barədə Stopkoronavirus.rf “Rospotrebnadzor”a (RF İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) istinadla məlumat yayıb.

Çin alimləri tərəfindən aparılmış araşdırmanın nəticələri göstərib ki, koronavirus sağalmadan və xəstəliyin bütün simptomlarının yoxa çıxmasından sonra ən az 14 gün bədəndə qala bilər.

“Bununla yanaşı, bütün sanitariya-gigiyena qaydalarına əməl olunarsa, xəstənin sağalmadan sonra başqalarını yoluxdurma ehtimalı azdır”.

Koronavirus infeksiyasının davamlılıq dövrü bədənə daxil olan patogenin miqdarından və insanın immun reaksiyasından asılıdır.