Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlanıb

  • 2020.10.16 11:18
  • 1790 Baxış
Koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlanıb

Eyni zamanda həm adi qrip, həm də COVID-19 əleyhinə burun spreyi hazırlanıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, spreyi Honkonq Universitetinin alimləri düzəldiblər.

Spreyin tərkibində qripə və koronavirusa qarşı peyvənd var. Sprey-peyvəndin insanlar üzərində sınaqlarına gələn ay başlanıla bilər. Ehtimal edilir ki, sprey virusların, o cümlədən COVID-19 infeksiyasının birbaşa burunda məhvinə kömək edəcək. Viruslar adətən insan orqanizminə burun vasitəsilə düşürlər.

Peyvənd-spreyin klinik sınaqlardan keçirilməsi üçün əvvəlcə 100-ə yaxın adam cəlb etmək planlaşdırılır.