Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus vaksininin təsdiqlənməsi üçün meyarlar açıqlandı

  • 2020.09.15 21:09
  • 3108 Baxış
Koronavirus vaksininin təsdiqlənməsi üçün meyarlar açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tam təhlükəsiz və effektiv olmayan heç bir koronavirus peyvəndini təsdiq etməyəcək.

Bu barədə ÜST-ün rəsmisi Marqaret Harris brifinqdə bildirib.

“Hazırda istifadə olunan vaksinlərin heç biri sınaqların üçüncü mərhələsini başa vurmayıb. Bütün tərəfdaşlarımız fəaliyyətləri barədə bizə hesabat verirlər. ÜST peyvəndlər və nəticələr barədə dəqiq məlumatlar almaq istəyir. Təşkilatın baş direktorunun dediyi kimi, tamamilə təhlükəsiz olmayan və səmərəli olduğu sübuta yetirilməmiş heç bir vaksini təsdiqləməyəcəyik”, - o deyib.