İnsanları koronavirusdan tam müdafiə etmək üçün bir doza vaksin kifayət etməyə bilər.
Yoluxmalardan qorunmaq üçün bir necə dozanın tələb edilə biləcəyi istisna edilmir. Medicina.az-ın məlumatına görə, bunu "Microsoft"un qurucusu Bill Qeyts deyib. O,vaksinin dünyada yayılması üçün qlobal səyin gərəkdiyini qeyd edib.
CBS kanalına müsahibəsində dünyanın ən varlı insanı qeyd edib ki, hazırda heç bir vaksin ilk dozadan müsbət nəticə göstərəcək kimi görünmür. "Lap əvvəldən bu ümid idi".
Hələ 2015-ci ildə pandemiya ola biləcəyi ilə bağlı xəbərdarlıq edən iş adamı infeksiya ilə mübarizəyə 300 milyon dollar ayırıb. O bildirib ki, preparat zaman keçdikcə daha da yaxşılaşacaq.
Qeyts Donald Trampın ölüm səviyyəsinin ABŞ-ıda digər ölkələrlə müqayisədə az olması barədə dediklərini də tənqid edib. "Demək olar ki, bütün göstəricilərə görə, ABŞ vəziyyətin ən pis olduğu ölkələrdəndir. Səhvlərə yol verilib". Milyarder ABŞ-da qoruyucu maskadan başqaları ilə müqayisədə daha nadir istifadə edildiyini deyib.