Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus uşaqlarda çəpgözlük yarada bilər

  • 2021.11.23 16:43
  • 1867 Baxış
Koronavirus uşaqlarda çəpgözlük yarada bilər

Alimlər yeni növ koronavirusun (COVID-19) çəpgözlük yarada biləcəyini müəyyən ediblər.

Medicina.az xəbər verir ki, türkiyəli oftalmoloqların çəpgözlüklə bağlı elmi araşdırmaları çəpgözlüyün cəmiyyətdə yüzdə 1-2 nisbətində daha çox uşaqlarda görüldüyünü ortaya çıxarıb.

Çəpgözlük göz tənbəlliyinə səbəb olur və digər xəstəliklərə yol açır. Məktəb yaşlı uşaqların görmə qüsurlarının düzəldilməsi uşağın məktəb müvəffəqiyyətinə təsir edir.

Tədqiqatlar kronavirusun təkcə uşaqlarda deyil, həm də böyüklərdə də çəpgözlük yarada bildiyini göstərir. Lakin koronavirusa bağlı çəpgözlüyün gözlərdə qalıcı bir zədə olması rastlanmayıb, iki-üç aya yaxşılaşa biləcəyi məyyən edilib.

Eyni zamanda, qeyri-sağlam qidalanmanın, gün işığını məhdudlaşdırmanın və daha az idmanın da göz xəstəliklərinə səbəb ola biləcəyi deyilir.