Koronavirus uşaqlarda bu fəsadları yaradır - VİDEO
Koronavirus uşaqlarda bu fəsadları yaradır - VİDEO
2021.05.07 10:06
1632 Baxış
"Əsasən ikinci dalğada uşaqlar başqa klinik əlamətlərlə gəlirdilər. Uşaqlar güclü böyrək ağrısı ilə həkimə müraciət etsə də, müayinə əsasında aydınlaşırdı ki, bu uşaqlarda koronavirusun fəsadı olaraq böyrəklərdə bu cür ağırlaşmalar müşahidə olunur".
Medicina.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" proqramında qonaq pediatr Aytən Ziyadova bildirib.
"Bundan başqa səpki ilə gələn uşaqlarda dodaqlarında şişmə, ödem, gözlərdə qızartı kimi çaşdırıcı kliniki əlamətlər olurdu", - deyə həkim əlavə edib.