Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus unikal epidemiyaya çevrilir - O daima təkrarlanacaq

  • 2022.09.08 16:33
  • 1415 Baxış
Koronavirus unikal epidemiyaya çevrilir  - O daima təkrarlanacaq

Professor virusoloq Aleksandr Lukaşev pandemiya barədə ümidsiz açıqlama verib.


"Medicina" xəbər verir ki, o kovidin unikal bir epidemiyaya çevrildiyini bildirib.

" Biz artıq təkrar yoluxmaları hər gün görürük. Başqa infeksiyalar üçün bu xarakterik deyil. Elə xəstə var ildə 3 dəfə yoluxub. Eləsi var sağalıb, 1 ay keçir yenə testi pozitivdir.


Respirator viruslarla biz ömrümüz boyu çox rastlaşırıq. Amma eyni virusla bir mövsümdə 2-3 dəfə yoluxmaq nadir halda olurdu.

Burda səbəbkar həm koronavirusun mutasiyası, həm də immunitetimizdir.

Kovid immun sistemdən yayınır, istər peyvənd olunmuş, istər yoluxub sağalanlarda.

Bir dəfə kovidlə müharibədən çıxmış immunitet gərgin olur və virusu görmədən yayınır.

Ona görə epidemiyanın daha 2 il sürəcəyi şühbəsizdir".

Aygün Musayeva