Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus üçün ilk peyvənd tətbiq edildi

  • 2020.03.17 10:32
  • 3087 Baxış
Koronavirus üçün ilk peyvənd tətbiq edildi
Koronavirusa qarşı ilk peyvənd ABŞ-da 43 yaşlı könüllü qadın üzərində tətbiq edilib.

Bundan əlavə peyvəndin bir ay fasilə ilə 45 nəfərin də üzərində sınaqdan keçirilməsi planlaşdırılır.


Peyvənd olunan iki uşaq anası Cenifer Haller deyib ki, hamımız özümüzü çarəsiz hiss edirik, bu mənim nələrsə edə bilməyim üçün bir fürsətdir. Bundan başqa o, peyvənddən sonra özünü yaxşı hiss etdiyini bildirib.

Tədqiqatçılar virusa qarşı qoruyucu peyvəndin istehsalı üçün 12 və ya 18 ay vaxt tələb olunduğunu qeyd ediblər.