Yeni növ koronavirus qanın strukturunu dəyişib, onun laxtalanmasını pozur və tromb əmələ gətirir.
Medicina.az xəbər verir ki, bu barədə Moskva operativ ştabı məlumat verib. Bu o deməkdir ki, yoluxmuş insanın vena damarlarında istənilən nahiyədə tromb əmələ gələ bilər. Bu da öz növbəsində insult, infarkt və ağciyər emboliyasına səbəb olub, xəstəni öldürür.
Ona görə koronavirus xəstələrini yaşlı-gənc kateroqoriyaya bölmək olmaz və tromb səbəbindən gənclər də virusdan ölür.
Xüsusən gənclərdə tromb şübhəsi özünü gec göstərdiyindən, onlarda gecikmiş mərhələdə müalicə təyin edilir.