Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus testlərinin cavabları niyə gecikir? - Nazirlikdən cavab

  • 2022.02.17 12:19
  • 1302 Baxış
Koronavirus testlərinin cavabları niyə gecikir? -  Nazirlikdən cavab
Səhiyyə Nazirliyi son zamanlar vətəndaşlardan götürülən COVID-19 testlərinin nəticələrinin gecikməsinin səbəbini açıqlayıb.

Medicina.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, genetik Zakir Bayramov müraciət edən şəxslərin nümunəsinin PZR üsulu ilə işləmək üçün bir neçə mərhələdən keçdiyini bildirib.

O qeyd edib ki, öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir: "Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır.

Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir".