Dünyanın koronavirusla mübarizə aparan bir neçə ölkəsinin laborator diaqnostika mərkəzlərindən mütəxəsisslər yeni COV 2 virusunu təyin edən testlərin çox hallarda “özünü düz aparmadığını”, yəni yanlış nəticə göstərdiyini bildirir.
Medicina.az xəbər verir ki, ötən gün “İnsan və dərman” konqresində Seçenov adına Universitetin pulmonologiya klinikasının direktoru Sergey Avdeev bəyan etdi ki, hazırda istifadə olunan PÇR testinin virusu təyin etmə dəqiqliyi 70%-dir.
“Bizdə pasiyentlər var ki, PÇR testləri neqativ çıxıb,amma onlarda koronavirus var. Ağciyərlərin KT çəkimi ağciyərlərdə dəyişiklik göstərib” - deyə professor aydınlıq gətirib.
1,4 min nəfər pasiyentin üzərində aparılan elmi tədqiqat göstərib ki, onlardan 300 nəfərinin testi neqativ çıxsa da, KT koronavirus yoluxmasını əyani göstərib.
Ona görə də yeni virusa yoluxmuş pasiyentlər üçün ən dəqiq hissiyatlı və uyğun diaqostika ağciyərlərin komputer tomoqrafiyasıdır.
Testlərin həkimləri aldatması barədə Kalininqradın sanitar həkimi Yelena Babura da təsdiqləyib və səbəbini göstərib.
“Virus orqanizmə daha çox burun və ağızdan keçir. Test üçün yaxma da bu hissədən götürülür. Ola bilir ki, xəstə testə gec götürüləndə, virus artıq bu hissələri tərk edib, aşağı tənəffüs hissəsinə keçmiş olur.
Bu adamların testi neqativ çıxır. Belə olan halda, həkimlər arxayın olmamalıdır. İnsan öskürürsə onu evə göndərmək olmaz. O, ətrafdakıları və tibb işçilərini yoluxdura bilər. Onu təcrid edib, ağciyərləri KT olunmalıdır. Olur ki, birinci gün test neqativ çıxır, amma 10-cu gün müsbət”.