Rusiyanın Kirov vilayətində koronavirusa yoluxan xəstələrin yerləşdirildiyi xəstəxananın 11 pasiyenti aclıq elan edib.
Medicina.az xəbər verir ki, onlar COVID-19-la bağlı testlərinin cavabını almamalarına etiraz edirlər və açıqlama istəyirlər.
Xəstəxananın pasiyentlərinin yarıdan çoxu fəhlələrdir. Onlar müxtəlif günlərdə xəstəxanaya yerləşdirilib.
Koronavirusla bağlı bütün testlərdən keçmələrinə baxmayaraq, nəticələr onlara bildirilməyib.
11 pasiyent aclığa başladıqları barədə bəyanatla çıxış edib. Onlar xəstəxana rəhbərliyindən cavab alacaqları təqdirdə aclığı dayandıracaqlarını bildiriblər.