İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev koronavirus testi neqativ çıxanlara SMS göndərilməsi məsələsinə aydınlıq gətirib.
Medicina.az xəbər verir ki, , Agentlik sədri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib ki, test nəticəsi neqativ çıxanlara SMS göndərilməsi 1-2 dəfə sınaqdan keçirilib:
“Sadəcə bu məsələdə 1-2 texniki məsələ yaranmışdı. Bu da ondan ibarət idi ki, vətəndaş əgər ailə üzvlərinin hamısı koronavirus testindən keçirildisə, həmin adam yalnız öz telefon nömrəsini yazırdı və nəticədə bir ailə üzvünün cavabı müsbət, digərininki mənfi olanda bu zaman qarışıqlıq yaranırdı. Ona görə də biz həmin problemi aradan qaldırmaq üçün sistemi bir də təkmilləşdirdik. Düşünürəm ki, bu, yaxın zamanda tam şəkildə tətbiq olunacaq”.