Rusiyada kovidə yoluxma və ölüm statistikası hələ də yüksəkdir.
Medicina.az xəbər verir ki, Qamalei adına institutun direktoru Aleksandr Qinçburq rusiyalılara xəbərdarlıq edib.
Baxmayaraq ki, yoluxma 100 mindən aşağı doğru enir, ölüm göstəriciləri hələ də yüksəkdir.
Ekspert qeyd edib ki, yoluxmanın azalması təhlükənin də azalması, kovidin aradan getməsi demək deyil.
“Yoluxma ilə yanaşı ölüm sayı da var. Təəssüf ki, o artır. Omikron ağır deyil deyərək çox insanlar təhlükəni yaxınına buraxdı. Qorxulu kabus hələ də qalır, vaksinlərə və dozalanmaya sürətlə davam etmək lazımdır”.
Xəstəlik göstəriciləri ona görə azalır ki, insanlar kovidi ayaq üstündə, çox vaxt test verməyə macal tapmadan keçirir. Lakin risk qrupunu hələ də təhlükə gözləyir. Yaşlılar, xroniki xəstələr yoluxarsa, ciddi vəziyyət olacaq.