İranda geniş yayılan koronavirus İranın Təbriz şəhərinə də çatıb.
Medicina.az xəbər verir ki, bu barədə Təbrizin Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sami mətbuata açıqlamasında deyib.
Bildirib ki, 48 nəfər müayinədən keçirilib və onlarda koronavirus aşkar edilib. Hazırda virusa yoluxanlar karantinə alınıb və Təbrizin müxtəlif xəstəxanalarında müalicə olunurlar. Rektor 4 nəfərin isə virusa yoluxaraq öldüyünü bildirib.
Qeyd edək ki, İranda virusa yoluxanların sayı 1500, ölənlərin sayı isə 70-dən çoxdur.