Koronavirusa qısa müddətdə 2, hətta 3 dəfə təkrar yoluxmanın mümkünlüyü artıq az da olsa faktlarla sübut olunur.
Medicina.az xəbər verir ki, alimləri koronavirusu keçirmiş xəstələrdə antitelin elə bir ay keçən kimi zəifləyib itməsi alimləri çətin duruma salıb.
Bİr çox alimlər belə qısa müddətdə antitelin məhv olmaması virusun təbii yox, süni yaradılmış olması iddialarını dolayısı ilə təsdiqləmiş olur.
Artıq Vektor elmi mərkəzinin virusoloqu Çepurnovun elmi tədqoqat məqsədilə özünü ikinci dəfə virusa yoluxdurması barədə yazmışdıq.
Alim bunu virusun ikinci dəfə yoluxma qabiliyyəti, ikinci yoluxmadan sonra nə qədər antitel yaranmasını öyrənməsi üçün edib.
Koronavirusa qarşı orqanizmin təbii immuniteti heç vaxt olmayacağı üçün ÜST peyvənd hazırlanmasını bu qədər tələsdirir və ümid bəsləyir. Elə peyvəndin hazırlanmasında çətinlik də koronavirusun süni olmasıdır.
Alimlər bu günə qədər təbii mutasiyalı viruslar üçün peyvənd hazırlayıblar, süni virusla heç də hər şey elə asan deyil.
Hətta peyvənd hazır olsa belə onun nə dərəcədə effektiv olması şübhə altındadır.