Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus “sifətini” dəyişir, müalicəsi çətinləşir – “Kommunarka”nın baş həkimi

  • 2021.06.12 16:28
  • 2870 Baxış
Koronavirus “sifətini” dəyişir, müalicəsi çətinləşir  – “Kommunarka”nın baş həkimi

Koronavirus xəstələrinin müalicəsi çətinləşir, əvvəlki protokollar yeni mutasiyalarda effektiv deyil.

Medicina.az xəbər verir ki, bunu Komunarka xəstəxanasının baş həkimi Denis Proçenko bildirib.

“Biz çox ehtiyat edirik ki, Moskvada yeni, daha güclü mutasiyalar yayıla bilər. Virus dəyişir. Yarım il ərzində covid üzünü bir neçə dəfə dəyişib. Ona görə də bütün moskvalıları yubanmadan peyvənd olunmağa çağırıram. Tələsin. Peyvəndsiz biz çıxılmaz dairəyə girəcəyik”.

Qeyd edək ki, ötən həftədən Moskvada yeni yoluxma dalğası artır, yoluxanların sayı 6-7 minə çatıb.


Orada tədbirlər, toylar belə açıq şəkildə keçirilir, insanlar təhlükəsizlik tədbirlərinə əməl etmir. Ölkəyə kənardan giriş çoxdur və son 2 mutasiya artıq əhaliyə keçib.