Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus sentyabrdan dünyaya yayılmağa başlayıb? - İddia, yoxsa fərziyyə?

  • 2020.04.18 18:04
  • 2145 Baxış
Koronavirus sentyabrdan dünyaya yayılmağa başlayıb?  - İddia, yoxsa fərziyyə?

Yeni növ koronavirusun (SARS-CoV-2) yayılması dekabrda deyil, sentyabrda başlamış ola bilər.

Medicina.az xəbər verir ki, bu barədə Kembric Universitetinin araşdırmaçıları bildirib.

Araşdırmada bildirilib ki, koronavirusun yayılmağa başlaması ötən ilin sentyabrında Uhandan cənubda gerçəkləşmiş ola bilər.

Virusun kökünü araşdıran alimlər onun yayılmağa başladığı tarixin 13 sentyabr – 7 dekabr arası olduğunu iddia ediblər.

Alimlər bunu genlərin mutasiya yolu ilə orqanizmlərin qlobal hərəkətini xəritələyən riyazi alqoritm olan filogenetik şəbəkədən istifadə edərək təhlil ediblər.

“Virus insandan insana ötürülə bilmə xüsusiyyətini son mutasiyasından bir neçə ay öncə əldə etmiş ola bilər, ancaq başqasına keçmədən bir neçə ay bir heyvan və ya insanın içində olub. Sonra isə 13 sentyabr – 7 dekabr aralığında insanlararası yayılmağa başlayıb”, - Kembric Universitetinin genetika üzrə mütəxəssisi Piter Forster açıqlayıb.