C və D vitaminləri, melatonin və sink ağır COVID-19 xəstəliyi riskini azalda bilər.
Medicina.az xəbər verir ki, bu barədə italyan alimi, Siciliya regional hökuməti yanında koronavirus infeksiyası üzrə elmi və texniki komitənin üzvü, tibb professoru Salvador Korrao söyləyib.
Onun sözlərinə görə, altı aydır italiyalı elm adamları dörd tanınmış qidalandırıcı dərmanın: C və D vitamini, melatonin və sinkin insan orqanizminə təsirləri ilə əlaqədar mövcud olan tibbi nəşrləri analiz edib və sistemləşdiriblər. Bunun sayəsində təsirli bir doza təyin olunub.
“Yaxşı antioksidant olan askorbin turşusu (C vitamini) hər gün qəbul edilməlidir. D vitamini gündəlik və ya ayda bir dəfə qəbul edilə bilər. Hər axşam 6 ilə 10 milliqram melatonin içmək lazımdır”, - verdiyi müsahibədə Korrao deyib.
Alim eyni vitamin və mineralları olan tərəvəz və meyvələrin yeyilməsinin bu qidalandırıcı maddələrin qəbulunu əvəz edə bilməyəcəyini vurğulayıb:
“Bu aktiv maddələrdən ən azı ikisinin birləşməsini istifadə etməyi məsləhət görürük, amma terapiyadan söhbət gedirsə, həkim nəzarəti altında qəbul etmək daha yaxşıdır”. /publika.az/