Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus qripdən daha yoluxucudur - Kimlər üçün risklidir?

  • 2020.09.23 13:29
  • 2225 Baxış
Koronavirus qripdən daha yoluxucudur  - Kimlər üçün risklidir?

Soyuq havaların gəlməsi ilə yoluxma riski daha da artır. Mütəxəssislərə görə, koronavirus adi qripə görə daha yoluxucudur.


Medicina.az həmin araşdırmanı təqdim edir:

Koronavirus qripdən daha təhlükəlidir

Adi qrip zamanı xəstələrdə şikayətlər başladıqdan sonra yoluxma riski ən yüksək nöqtədə olarkən, koronavirus simptomları başlamazdan əvvəlki 48 saat ərzində yoluxuculuğu daha yüksəkdir.

Burun axması və boğaz ağrısı

Qripdə tez-tez yüksələn hərarət, tərləmə, baş və əzələ ağrısı, öskürək, burun axması, halsızlıq şikayətlərinə koronavirusda da rast gəlinir. Amma burun axması və boğaz ağrısını koronavirusda çox görmürük. Qripdə inkubasiya dövrü 1-4 gün (ortalama 2 gün) olarkən, Covid-19-da bu müddət 2-14 gün (ortalama 5 gün) olaraq qəbul edilir. Qripdə şikayətlər xəstəliyin ilk 3-7 günündə, Covid-19-da isə xəstəliyin 2-3 həftəsində daha çox rast gəlinir. Qripdə ölmə riski 1 faizdirsə, koronavirusda bu 25 faizdir.

Kişilər koronavirus üçün risk faktorudur

Qrip daha çox 2 yaşdan kiçik uşaqlarda rast gəlinir. Uşaqların koronavirusa yoluxma riski isə aşağıdır və adətən yüngül keçirirlər. Qrip üçün risk faktoru 65 yaşdan yuxarı ya da 2 yaşdan kiçik olanlar, orqanizmi zəifləmiş insanlar, hamilələr, xroniki ağciyər xəstəliyi, ürək, qaraciyər, böyrək xəstəliyi olanlar və qocalar evində yaşayanlardır. Covid-19-un risk faktorları isə kişilər, artıq çəkililər, yüksək təzyiq, xroniki ağciyər, ürək xəstəliyi, 2-ci tip diabet, xərçəng, xroniki böyrək, irəliləmiş qaraciyər xəstəliyi, əməliyyatdan sonrakı müddətdə olanlar, qocalar evində yaşayanlardır.

Aygün