Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Koronavirus qrip kimi hər il baş qaldırıb yayıla bilər" - Baş infeksionistdən

  • 2020.04.28 16:13
  • 2111 Baxış
"Koronavirus qrip kimi hər il baş qaldırıb yayıla bilər"    - Baş infeksionistdən

"Karantinin yumşaldılması prosesindən istifadə edərək qaydaları çeynəmək yeni risk yarada bilər".

Medicina.az xəbər verir ki, bunu publika.az-a ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

"Xüsusi rejimin anidən ləğvi real görünmür. Qeyd etmək istəyirəm ki, yumşaldılma prosesindən istifadə edərək arxayın olmaq müsbət nəticələrə çıxarmaya bilər. Vətəndaşlarımız bütün tövsiyələrə əməl etməlidir. Gigiyena qaydalarını gözləmək həm sağlamlıq baxımından, həm də virusdan qorunmaq üçün vacibdir".

"Koronavirusun təsirini tam itirməsi ilə bağlı iki fikir irəli sürülür. Analizlərə əsasən qeyd olunur ki, iyunun axırına qədər tam təsirini itirəcək. İkinci versiya isə odur ki, hər il mövsümi respirator virus infeksiyası kimi baş qaldırıb, yayılacaq. Bu iki variant gözləniləndir. Xüsusilə ikinci versiya reallaşarsa, onun vaksininin hazırlanması gündəmdə olan məsələ olacaq"