Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus pişiklər arasında da yayılır- ALİMLƏR

  • 2020.05.14 16:34
  • 1821 Baxış
Koronavirus pişiklər arasında da yayılır - ALİMLƏR


Pişiklər bir-birini koronavirusa yoluxdura və infeksiya daşıyıcısı ola bilərlər.


Ancaq onların koronavirusu insanlara ötürə biləcəyinə dair sübut yoxdur.

Medicina.az xəbər verir ki, Tokio Universitetinin Tibb Elmləri İnstitutu, ABŞ-ın Viskonsin Universiteti və bir sıra digər araşdırma mərkəzlərindən olan alimlər bu nəticəyə gəliblər.

RG xəbər verir ki, tədqiqat “New England Medicine” jurnalında dərc edilib.

Araşdırma zamanı alimlər üç pişiyi koronavirusa yoluxdurub və onları sağlam pişiklər olan qəfəslərə salıblar.

Beş gündən sonra sağlam heyvanların burunlarından götürülən yaxmanın nəticələrinə əsasən, onların virus daşıyıcıları olduqları aşkarlanıb.

Bu vəziyyətdə pişiklərdə hərarət, konyunktivit, çəki itkisi də daxil olmaqla, heç bir simptom müşahidə olunmayıb.

Alimlər xəbərdarlıq edir ki, pişiklərdə simptomların olmaması, onları koronavirusun potensial “səssiz” daşıyıcısına çevirə bilər.

Bununla yanaşı, mayın 1-də Yaponiyanın Baytarlıq Birliyi insanların ev heyvanlarından yoluxması ilə bağlı heç bir məlumatın olmadığını ifadə edən bəyanat yayıb. Buna görə də hazırda virusun ötürülməsinin yalnız bir istiqamətdə - insandan heyvana keçdiyi güman edilir.

Xatırladaq ki, aprelin əvvəllərində ABŞ-da zooparkda pələngin və bir şirin COVID-19-a yoluxduğu, Hindistanda virusun insanlardan heyvanlara ötürülməsi halları barədə məlumatlar yayılmışdı.