Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus peyvəndinin testi başa çatdı - İlk könüllülərdə nə baş verdi?

  • 2020.05.21 17:47
  • 3062 Baxış
 Koronavirus peyvəndinin testi başa çatdı   -	İlk könüllülərdə nə baş verdi?


ABŞ-da ilk vaksinin testi uğurla baş tutub.

Könüllü iştirakçılarda virusa qarşı yüksək antitel yaranıb.

Medicina.az xəbər verir ki, bu barədə Massaçusets Biotexnoloji şirkətinin ştatı məlumat verib.

Onlar kliniki sınaqların ilk fazasının nəticələrini qənaətbəxş hesab ediblər.

İlk mərhələ kiçik insan qrupu üzərində aparılır, vaksinin orqanizmə təhlükəsizliyi yoxlanılır. Eləcə də immunitetin əks cavabı izlənilir.

mRNA -1273 adlanan vaksin 25, 100, 250 mikroqramm dozada 45 sağlam könüllü üzərində sınanıb. Hamısının qanında antitel yaranıb.

Bu adamlarda antitelin səviyyəsi və gücü virusdan sağalmış xəstələrdən qat-qat yüksək olub.