Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus peyvəndi üzrə tədqiqatlar yarasa və ilanlar üzərində aparılmalıdır - Azərbaycanlı həkimdən TƏKLİF

  • 2020.04.07 16:19
  • 4147 Baxış
 Koronavirus peyvəndi üzrə tədqiqatlar yarasa və ilanlar üzərində aparılmalıdır    -  Azərbaycanlı  həkimdən TƏKLİF


Yeni koronavirus infeksiyası məlum olduğu kimi yarasadan insana keçib və mutasiyaya uğrayıb. Virusa qarşı dərman və peyvənd barədə alimlər çalışır, bioloq və virusoloqlar işləyir, bu məsələ həkimləri də düşündürür.

Medicina.az xəbər verir ki, 1 saylı Klinik xəstəxananın tanınmış həkimi Elşən Hacıyev özünəməxsus elmi, tibbi düşüncələrini bölüşüb. O, hesab edir ki, bu fikir bioloq, virusoloq, immunoloq və klinisistlər üçün maraq doğura bilər.


“Bu fikirlər öz analizimin nəticəsidir və plagiat hesab etmirəm.

Hesab edirəm ki, koronavirus peyvəndi üzrə immunoloji tədqiqatlar yarasa və ilanlar üzərində aparılmalıdır.

Təkamül zamani yarasalar bu virusu orqanizmi ücün simbioz halinda yaşayan bir ştamma çevirmişdir və bu xəstəlikdən məhv olmur .
Milyon illər əvvəl bəlkə də yarasalar arasında koronovirus pandemiyası olmuş, mutasiya nəticəsində virus öz aqressivliyini dəyişərək yarasa genosidinə son qoyulmuşdur.
Deməli yarasalar, bir məməli ( mamilla ) olaraq bu virusa qarşı immunitet qazanmiş və antiğen -antitel sistemini formalaşmışdır. .

İlanlar da bu virusun daşıyıcısıdır, yarasaları yeməklə onlara da yoluxmuşdur. Eyni evolyusiyanı kecmişdir və Covidlə sülh şəraitində -simbiozda yaşayır .

Sürünənlər kimi tanıdığımız ilanlar biz məməlilərdən uzaqdır , təkamül pilləsində bizdən qədimdir.
Onların yaxşı elmi tədqiat mənbəyi Zirə və Ağsu herpetoloji mərkəzləri ola bilərdi ki, o da SSRİ parçalandıqdan sonra dağıdıldı. Vaxtı ilə SSRİ ilan zəhərini 70 % burada istehsal edirdi. 1 qram ilan zəhər indi bəlkə də 100 barrel neftə bərabərdir.

Kakin reptilialarin ğenetik kodu yarasalara nisbətən bizə uzaqdı, yaddır . Yarasalar bir məməli olaraq bir köynək bizə yaxindir .

Tibbi elmi tədqiqat işləri aparan kolleqalarımız bilir ki, ğəmiricilər üzərində aparilan labarator tədqiqatlar daha yaxşı nəticə verir..
Yarasalarin ölkəmizdə arealı və populyasiyasi haqda dəqiq məlumatım yoxdur, bu bioloqlqrin
( zooloqların) işidir. Ancaq bilirəm ki, onlar Cin , Uzaq Şərqdəki areallarla intensiv mübadilədədir.

Yarasaların 4 mindən cox koronovirus növünün daşıyıcısı olduğunu nəzərə alaraq, eyni ilə qan zərdabında və ya hansısa bioloji materialında immunoloji tədqiqatlar aparmaqla koronovirus anticisimciklərini tədqiqat etmək zərdabin alınması yolunda nə isə etmək mümkündür .

Amma inanmıram ki, intensiv tədqiqatlar ücün ölkəmizdə maddi texniki baza olsun . Bu sahələrə rentabellilikdə uzaq olduğuna ğörə yəqin çoxdandır lazımi qayğı ğöstərilməyib!

Avropa tibb mütəxəssisləri Covud 19 dan sağalmış insanlarin qanından alinmış zərdabla ( exyubantus - yəni qarasına, ğüman olunan, bəxtəxuda, düzqün istiqamət olaraq ) diğər xəstələrə vurmaqla müalicə etmək, spesifik immunitet yaratmaq istəyir .

Bəlkə də milyon illər formalaşmış yarasada olan antiğenlər hara, orqanizmı zorla mücadilə etmədə olan yeni sağalmış, hələ formalaşmamış yeni homo sapiens antigeni hara !

Qərbdə insan zərdabında aparılan tədqiqatlarda irəliləyişlər olduğun bilmirəm. Ancaq irəli sürdyüm fikir -seroloji və immunoloji tədqiqatların reptilialara və yarasa növlərinə yönəlik yönəlməsi bəlkə daha dəhərli ola bilər”.